Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 21:47

«Qarabağ» Avropa Liqasının pley-off mərhələsində


Qələbə qolunu Rəşad Sadıqov vurub
Qələbə qolunu Rəşad Sadıqov vurub
Avqustun 6-da «Qarabağ» Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçı çərçivəsində Finlandiyanın «Honka» klubunu qəbul edib. Oyun 2:1 hesabı ilə ağdamlıların xeyrinə başa çatıb.

Qolları 32-ci dəqiqədə Elvin Məmmədov, 34-cü dəqiqədə Koskinen və 81-ci dəqiqədə Rəşad Sadıqov vurublar.

Finlandiyada keçirilən ilk oyunda da Azərbaycan futbolçuları qələbə qazanmışdılar - 0:1.

UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkatması avqustun 7-də UEFA-nın Nyondakı mənzil-qərargahında olacaq.

XS
SM
MD
LG