Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 04:43

SSRİ himninin müəllifi vəfat etdi


Putin Sergey Mixalkovu təltif edir. Kreml, 28 aprel 2008
Putin Sergey Mixalkovu təltif edir. Kreml, 28 aprel 2008
Sovet İttifaqının və Rusiyanın dövlət himnlərinin müəllifi Sergey Mixalkov 97 yaşında vəfat edib. O, sovet ədəbiyyatının klassiki hesab olunurdu.

İTAR-TASS bu barədə mərhum ailəsinə istinadən xəbər verib.

Sergey Mixalkov şair və dramaturq idi.

Onun övladlarından biri Nikita Mixalkov Rusiya Kinematoqrafçılar İttifaqının sədridir.

Şairin digər oğlu Andrey Konçalovski də dünya şöhrətli kino rejissordur.

Sergey Mixalkov ürək tutmasından vəfat edib.
XS
SM
MD
LG