Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 01:42

«Jurnalistlərin səhvlərinin kriminallaşdırılması bu ölkədə də sona yetəcək»


Mikloş Haraşti
Mikloş Haraşti
«Ümid edirəm ki, jurnalistlərin səhvlərinin kriminallaşdırılması yaxın vaxtlarda bu ölkədə də sona yetəcək. Özünü tənzimləyən media hökumət tərəfindən cəzalandırılan mediadan qat-qat üstündür».

ATƏT-in təşəbbüsü ilə medianın özünü tənzimləməsinə dair məlumat kitabçasının təqdimat mərasimində Mikloş Haraşti belə deyib.

Haraşti bildirib ki, bu kitabça dünyanın bestselleri hesab olunur və 10 dildə tərcümə olunub.

Kitabçada dünyanın ən məşhur media ekspertlərinin fikirləri toplanıb.

Mikloş Haraşti Mətbuat Şurasının önəmi haqda da danışıb. Deyib ki, Mətbuat Şurası hökumətlə media arasında vasitəçi olmaqla kifayətlənməməli, həm də medianın müdafiəçisi rolunu oynamalıdır.

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti Bakıya sentyabrın 7-də gəlib.

XS
SM
MD
LG