Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 22:39

Generalın qətlinin araşdırılmasına xarici ekspertlər dəvət edilib


Rail Rzayev fevralın 11-də evinin yaxınlığında qətlə yetirilib
Rail Rzayev fevralın 11-də evinin yaxınlığında qətlə yetirilib
Baş prokuror Zakir Qaralov müdafiə nazirinin qətlə yetirilən müavini Rail Rzayevin işinin araşdırılmasına xarici ekspertlərin dəvət edildiyini bildirib.

Baş prokurorun sözlərinə görə, istintaq prezidentin nəzarətindədir.

Rail Rzayevin qətli ilə bağlı iki şəxs - generalın köməkçisi Aydın Rəfiyev və yavəri Anar Həşimov saxlanılıb. İstintaq bu şəxsləri qətldən sonra generalın otağında baş verən oğurluqda şübhəli şəxs sayır. Məlumatı ANS yayıb.

Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı Rail Rzayev fevralın 11-də evinin yaxınlığında qətlə yetirilib.

Faktla bağlı cinayət işi başlanıb. İstintaqı Respublika Prokurorluğu, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu aparır.
XS
SM
MD
LG