Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 01:29

Berlin divarının dağıdılmasından 20 il keçir


Berlin divarlarının yıxılmasından 20 il keçir
Berlin divarlarının yıxılmasından 20 il keçir
Bu gün Almaniyada Berlin divarının dağıdılmasının 20-ci ildönümü qeyd olunur. 1989-cu il noyabrın 9-u gecəsi bir neçə həftə davam edən nümayişlərdən sonra Şərqi Almaniyanın kommunist hakimiyyəti Qərbi Berlinlə Şərqi Berlini bir-birindən ayıran sərhəd qapılarının açmalı olmuşdu.

SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçov, Polşada o vaxtkı Solidarnost hərəkatının lideri Lex Valesa və Şərqi Avropada kommunizmin süqut etdiyi həmin dövrün bir çox digər liderləri də on minlərlə insanın iştirak etdiyi tədbirə qatıldılar.

İldönümü qeyd etmək üçün ABŞ-ın dövlət katibi Hillari Klinton, Britaniyanın baş naziri Qordon Braun, Fransa prezidenti Nikola Sarkozi və Rusiya prezidenti Dmitri Medvedyev də Berlinə gələcək.

AZADLIQRADİOSUNUN MÜXBİRİNİN BERLİNDƏ BAYRAM ŞƏNLİYİNƏ HAZIRLIQDAN ÇƏKDİYİ FOTOLAR

Brundenburq darvazalarının önündə bayram hazırlığı artıq başlanıb
Hökumət Berlin divarlarının qalıqlarını indi göz bəbəyi kimi qoruyur, təbii ki bir tarixi abidə kimi
İndi viza yoxlanışı mərasimi bir şouya çevrilib. Sovet zabitinin formasını geyinmiş bu alman həmin dövrü turistlər üçün canlandırır
Sovet əsgərinin obrazı indi Berlinin qonaqları üçün nostalgiyadır
Çarli yoxlanış məntəqəsi – bu məntəqədə Amerika əsgərləri dayanırdı, indi bu məntəqə turistlər üçün cəlbedici məkandır
9 noyabrda Berlin divarlarının yıxılmasının canlandırmaq üçün bu süni blokları yıxacaqlar
XS
SM
MD
LG