Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 22:42

Rıbak Bakıya gəlir


Fevralın 2-də «Eurovision-2009»-un qalibi Aleksandr Rıbak Azərbaycana gəlir. O, «Eurovision-2010»-da Azərbaycanı təmsil edəcək müğənninin seçilməsi üzrə yarımfinala qonaq kimi dəvət olunub.

Qonaqlar sırasında «Eurovision-2004»-ün qalibi ukraynalı Ruslana da olacaq. Xəbəri müsabiqənin Azərbaycan üzrə təşkilatçısı İTV yayıb.

İndiyə qədər ki seçim turlarına 30 nəfər qatılıb. Onların 6-sı yarımfinala çıxıb.

Azərbaycan «Eurovision-2008»-də 8-ci, «Eurovision-2009»-da 3-cü yeri tutub.
XS
SM
MD
LG