Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 23:20

AŞPA-da Azərbaycanda media azadlığının pisləşməsi haqda danışılacaq


Yanvarın 27-də Avropa Şurası Parlament Assambleyasında media azadlığının vəziyyəti müzakirə olunacaq
Yanvarın 27-də Avropa Şurası Parlament Assambleyasında media azadlığının vəziyyəti müzakirə olunacaq
Yanvarın 27-də Avropa Şurası Parlament Assambleyasında media azadlığının vəziyyəti müzakirə olunacaq. Şuranın Mədəniyyət, Elm və Təhsil Komitəsinin hesabatı dinlənəcək.

Hesabatda qeyd edilir ki, axır illərdə Avropada media azadlığının vəziyyəti pisləşib və jurnalistlərə təzyiqlər artıb.

Axır illərdə Avropada azı 20 jurnalistin öldürüldüyü qeyd edilən hesabatda bu hallardan 13-ünün Rusiya, Azərbaycan, Gürcüstan və başqa ölkələrdə baş verdiyi deyilir.

Komitə jurnalistlərə qarşı təzyiqləri müxtəlif qruplara bölür: jurnalistlərə qarşı fiziki təzyiqlər, qətllər. Media mənsublarına qarşı cinayət törədənlərin cəzasız qalması, məmurların öz səlahiyyətlərindən sui-istifadə edib jurnalistlərin haqlarını pozması.

Hökumətlər dövlət sirrinin qorunması, terrorizmə qarşı mübarizə adıyla media azadlığını məhdudlaşdırırlar.

Hesabatda Azərbaycan, Ermənistan, İtaliya, Moldova, Rusiya və Ukrayna kimi ölkələrdə seçkilərin birtərəfli işıqlandırıldığının müşahidə edildiyi də qeyd olunur. Komitə bəzi üzv dövlətlərdə media orqanlarının ayrı-ayrı şəxslərin, yaxud siyasi qüvvələrin əlində cəmləşməsindən də narahatlıq ifadə edir.

Hesabatda şuraya tövsiyə olunur ki, hər bir üzv ölkədə jurnalistlərə qarşı təzyiq halları barədə davamlı olaraq məlumat toplansın, analiz edilsin və bu, üzv ölkələrin hökumətlərinin nəzərinə çatdırılsın.

Hesabatda üzv ölkələrdə hakimlərin, polisin və başqa məmurların mediaya hörmətlə yanaşmasına yönələn treninqlərin keçirilməsi də tövsiyə edilir.
XS
SM
MD
LG