Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 23:33

Bakiyevin sözünü kəsdilər


Kurmanbek Bakiyev Oş şəhərində, 15 aprel 2010
Kurmanbek Bakiyev Oş şəhərində, 15 aprel 2010
QALMAQAL

Qırğızıstanın devrilmiş prezidenti Kurmanbek Bakiyevin aprelin 15-də Oş şəhərində tərəfdarlarının keçirdiyi mitinqdə çıxış etməsinə imkan verilməyib. Bu mitinqin lap yaxınlığında Bakiyevin rəqiblərinin mitinqi gedirmiş. Bakiyev çıxışa başlayanda həmin mitinqdən bir dəstə adam gələrək Bakiyevi çıxışını kəsməyə məcbur ediblər. Onu cangüdənləri kütlənin arasından çıxarmaq üçün havaya atəş açıblar.

Zərərçəkənlər haqqında məlumat yoxdur.

Prezident aprelin 7-də ofisini tərk edərək doğulduğu Calalabad vilayətinin Tayet kəndinə gedib.

ATIŞMADAN SONRA SAKİTÇİLİKDİR

Hazırda Oş şəhərində olan AzadlıqRadiosunun müxbiri Bruce Pannier bildirir ki, mitinqdə atışmadan sonra hazırda şəhərdə sakitlikdir:

- Ətrafda çox sayda cavan oğlanlar var. Onlar könüllük şəkildə hökumət binalarını qoruyurlar. Hərçənd ki, bu mənada qorunmağa ehtiyac o qədər də hiss edilmir. Dövlət idarələrinə gedəndə bizi yoxlayırlar. Çantalarımızı açıb baxırlar ki, silah, bomba varmı. Amma bundan başqa, şəhərdə həyat kifayət qədər normal axarda davam edir.

Oşda Bakiyevin tərəfdarları ilə əleyhdarları arasında qarşıdurma, 15 aprel 2010
Calalabad və Oş ölkənin cənubunda bir-birindən 110 kilometr aralılda yerləşən ölkənin paytaxtdan sonra ikinci böyük şəhərləridir.

Son günlər Bakiyev bildirir ki, müvəqqəti hökumət onun və ailə üzvlərinin təhlükəsizliyinə təminat verərsə, istefa verə bilər. Amma müxalifət qüvvələrinin yaratdığı müvəqqəti hökumət Bakiyevin məhkəmədə cavab verməli olduğunu bildirir. Müvəqqəti hökumətin başçısı Roza Otunbayeva deyib ki, 80-dən çox adamın həlak olması ilə nəticələnmiş hökumət qüvvələrinin mitinqçilərə atəş açmasına kimin əmr verdiyini məhkəmə araşdırmalıdır. Amma Bakiyev israrla atəş əmri vermədiyini deyir.

MOSKVA BİŞKEKƏ YARDIM GÖNDƏRMƏK QƏRARINA GƏLİB:

Aprelin 15-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Andrey Nesterenko bu gün Moskvada keçirilən birfinqdə deyib ki, Moskva Bişkekə yardım göndərmək qərarına gəlib:

- Sosial xərclərin ödənilməsi üçün Bişkekə 20 milyon dollar verilməsi barədə qərar qəbul edilib. Həmçinin aşağı faizlə Qırğızıstana 30 milyon dollar borc veriləcək. Bundan başqa, bu ölkəyə, 25 min ton neft məhsulları, əkin mövsümünün əldən çıxmaması üçün 1500 ton toxum verilə bilər. Rusiyanın yardım məqsədilə Qırğızıstandan əvvəlki illərdən daha çox meyvə və tərəvəz alması da mümkündür.

Rusiyanın baş naziri Vladimir Putin də aprelin 14-ü axşam telefonla Kurmanbek Bakiyevlə danışıb. Bu barədə Putinin sözçüsü məlumat verib. Amma o söhbətin məzmununu açıqlamayıb. Yalnız onu deyib ki, bu söhbətin təşəbbüskarı Bakiyev olub.
XS
SM
MD
LG