Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 01:39

İsrail səfirliyi qarşısında aksiyaya cəhd edilib


İsrail səfirliyi qarşısında aksiyaya cəhd - 2 iyun 2010
İsrail səfirliyi qarşısında aksiyaya cəhd - 2 iyun 2010
İyunun 2-də İsrailin Bakıdakı səfirliyi qarşısında aksiya keçirməyə cəhd olunub.

Qarabağ Azadlıq Təşkilatının 15-ə yaxın üzvü İsrail səfirliyinin 500 metrliyində polis tərəfindən saxlanılıb. İştirakçılar mətbuat işçiləri qarşısında öz şüarlarını səsləndiriblər. Onlar İsrailin Qəzzaya humanitar yardım daşıyan gəmi karvanına hücumunu pisləyiblər.

Qarabağ Azadlıq Təşkilatının nümayəndəsi qətnaməni polisin müşayiəti ilə İsrailin Bakıdakı səfirinin müavininə təqdim edib. Bundan sonra aksiya iştirakçıları dağılıblar.

MÖVZUNU BURADA ŞƏRH EDİN
XS
SM
MD
LG