Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 22:48

«Müxalifət təzyiqi qalxan tələbəni xatırladır»


 Milli Məclis spikerinin müavini Ziyafət Əsgərov
Milli Məclis spikerinin müavini Ziyafət Əsgərov
«Müxalifət imtahanqabağı yuxusunu qaçırmaq üçün kofe içən, amma bunun müqabilində təzyiqi qalxan tələbəni xatırladır. Siz səkkiz partiya yığışıb MSK –da boş qalan iki yer barədə qərar verə bilmirsiniz. MSK-nı paritet əsaslarla necə formalaşdıracaqsınız?!»

Milli Məclis spikerinin müavini Ziyafət Əsgərov bunu parlamentin iyunun 8-də keçirilən plenar iclasında deputatlar Pənah Hüseyn və İqbal Ağazadənin təkliflərinə cavab olaraq deyib.

İclasda «Müsavat» deputat qrupundan olan millət vəkili Pənah Hüseyn və «Ümid» Partiyasından deputat İqbal Ağazadə seçki komissiyalarının tərkibinin yenidən –paritet əsaslarla formalaşdırılmasını, «Sərbəst Toplaşmaq Azadlığı haqqında» qanuna dəyişiklik edilməsini tələb ediblər.

Əsas müxalifət partiyaları seçki komissiyalarının tərkibinin paritet əsaslarla formalaşmasını seçkilərin şəffaf keçirilməsi üçün əsas meyarlardan hesab edir.
XS
SM
MD
LG