Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 23:34

Ramiz Mehdiyev indi də təhsil sistemini tənqid edir


Ramiz Mehdiyev
Ramiz Mehdiyev
«Bütün ali məktəblər Bolonya prosesinə sözdə fəal şəkildə qoşulduqlarını bəyan etsələr də, onların istifadə etdiyi proqramlarda sovet dövründən bu günə qədər çox kiçik dəyişikliklər öz əksini tapıb».

Bu fikirləri iyunun 17-də Prezident yanında Təhsil üzrə Komissiyanın sədri, Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ali təhsil müəssisələrinin yeni maliyyələşmə mexanizminə dair keçirilən müşavirədə deyib.

R.Mehdiyev deyib ki, məzunların xeyli hissəsi ingilis dilində və informatika sahəsində beynəlxalq test sistemlərinin tələblərinə cavab verən biliklər nümayiş etdirməyə qadir deyillər.
Bütün bunların ali məktəblərdə mövcud olan mənfi hallardan xəbər verdiyini söylənən cənab Mehdiyev dissertasiyalarla bağlı məsələlərə də toxunub:

«Ali Attestasiya Komissiyasının işinin təhlili göstərir ki, elmi dərəcə almaq naminə ali məktəblərdən təqdim olunan dissertasiyaların sayı durmadan artır. Lakin Azərbaycanın təhsil sistemində çalışan alimlərin dünyada böyük nüfuza malik jurnallarda məqalələrinə nadir hallarda təsadüf edilir».

Prezident Administrasiyasının rəhbəri deyib ki, Azərbaycanda yüksək ixtisaslı mütəxəssislərə böyük ehtiyac duyyulduğu bir vaxtda dövlət qulluğuna qəbul olunmaq üçün verilən imtahanlar, eləcə də müvafiq şirkətlərin keçirdiyi sınaqlar ali məktəb məzunlarının heç də hamısının bilik səviyyəsinin günün tələblərinə cavab vermədiyini göstərir:

«Bütün bu problemlər ali məktəblərin fəaliyyətində mövcud olan qüsurlardan xəbər verir».

«Təhsillə bağlı hər bir insanı belə bir cəhət də narahat edir ki, kadr korpusu sürətlə qocalmaqdadır, onları əvəz etmək üçün Avropa təhsil standartlarını Azərbaycanda bərqərar etməyə qadir olan gənc kadrlar isə kifayət qədər yoxdur» – deyə Ramiz Mehdiyev bildirib.
XS
SM
MD
LG