Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 06:48

ABŞ-Qana 1-2. ABŞ evə gedir. Qana millisi iisə 1/4 finalda Uruqvayla oynayacaq


ABŞ-ın müdafiəçisi Carlos Bocanegra (ağ geyimdə)Qananın hücumçusu Asamoah Gyan ilə top uğrunda mübarizədə
ABŞ-ın müdafiəçisi Carlos Bocanegra (ağ geyimdə)Qananın hücumçusu Asamoah Gyan ilə top uğrunda mübarizədə

İyunun 26-da Cənubi Afrikada keçən dünya çempionatının 1/4 final iştirakçılarından ikisi müəyyən olunub. Uruqvaydan sonra Qana millisi növbəti mərhələyə keçməyə müəssər olub.

Qanalılar əlavə vaxtda ABŞ millisi üzərində qələbə qazanıblar 2-1.

Gərgin keçən bu 1/8 final görüşünün əsas vaxtı 1-1 hesabı ilə nəticələnib. Oyunun lap əvvəlində Qana millisi hesabı açır, Kevin Prince BOATENG fərqlənir.

HƏMÇİNİN OXU:

İkinci hissədə Amerikalı Dempseyi Qananın cərimə meydançasında yerə yıxırlar. Donovanın 11 metrlik cərimə zərbəsi dəqiq olur, top qapı dirəyinə toxunub içəri girir 1-1.

Çoxlu təhlükəli vəziyyət yardan tərəflər imkanlarında istifadə edə bilmədilər.

Əlavə vaxtda qapıçı ilə təkbətək çıxan Gyan güclü zərbə ilə Qananı hesabda irəli çıxartdı.

Son dəqiqələrdə bütün gücünü hesabı bərabərləşdirməyə yönəldən ABŞ millisiinin səyləri nəticə vermədi.

Qana dördəbir finalda çıxdı, onların rəqibi Uruqvay millisidir.

MATÇIN MARAQLI YERLƏRİNİ BURADA İZLƏYİN.

XS
SM
MD
LG