Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 00:24

Dublinə “Ədəbiyyat şəhəri” titulu verildi


Ceyms Coysun Dublindəki heykəli
Ceyms Coysun Dublindəki heykəli
UNESCO İrlandiyanın paytaxtı Dublini “Ədəbiyyat şəhəri” elan edib.

Dünyada yalnız 4 şəhərə belə ad verilib. Bundan əvvəl Edinburq, Melburn və Ayova-siti bu titula layiq görülmüşdü.

İrlandiyanın mədəniyyət naziri Meri Hanafin deyib ki, şəhərin bu adı almağa tam haqqı çatır.

Belə titulun verilməsində UNESCO (BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı) şəhərdəki nəşriyyatların, kitabxanaların, kitab dükanlarının, təhsil ocaqlarının və təşkil olunan ədəbiyyat festivallarının sayını, yerli medianın ədəbiyyata nə dərəcədə diqqət ayırmasını, bir sözlə ədəbiyyatın şəhər həyatına nə dərəcədə inteqrasiya olunduğunu nəzərə alır.

Dublin dünya ədəbiyyatının görkəmli simalarından olan Oskar Uayld, Conatan Svift, Bernard Şou, Ceyms Coys və Samuel Beketin şəhəridir.

İrlandiyada ümid edirlər ki, bu titul ölkə mədəniyyətinin inkişafına və Dublinə gələn turistlərin sayının artmasına kömək edəcək.

Həmçinin oxu
Dublinlilər indi elliklə bir kitabı oxuyur
XS
SM
MD
LG