Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 03:45

Əsəd Qaraqaplanın yeni romanı çıxır


Azərbaycanda yaxın günlərdə daha bir roman çapdan çıxacaq - Əsəd Qaraqaplanın “XİLASroMAN”ı artıq “Mütərcim” mətbəəsinə çapa verilib. Müəllif deyir ki, bu, “Ən özgür ədəbiyyat” seriyası üzrə ikinci romanıdır:

- Birinci kitab “Halroman”dır. O da “XILASroMAN” kimi psixoloji romandı.

- Nə deməkdir bu “Ən özgür ədəbiyyat” seriyası?

- Bu, heç bir ədəbi çevrəyə mənsub olmayan, özünü heç bir ədəbi zümrəyə aid etməyən müstəqil yazarların seriyasıdır. Seriyanın özəlliyi odur ki, özünü bu cür müstəqil sayan istənilən yazar bu logini götürüb əsərini bu seriyaya daxil edə bilər.

- Sonradan kimisə plagiatda suçlamazsız?

- Yox, qətiyyən. Kim özgürdürsə, buyursun. Ancaq bayaq da dedim, bu seriyada yazı yazmaq istəyənin gərək heç bir ədəbi zümrəyə bağlılğı olmaya.

- Bir az da romandan danışaq. Movzusu, qəhrəmanları kimlərdir? Sadə desək, nədən yazmısız?

- İnsandan. İnsanın daxilindən. Bayaq dedim,“XILASroMAN” psixoloji romandır.

Əsərdə 7 Xilaskitab, hər Xilaskitabda 3 bölmə var. Elə romanın sturuktur özəlliyi də insanın üç fərqli rakursdan özünə baxmasındadır.

Üç əsas personaj baş verənləri öz xislətlərinə uygun analiz edirlər. Baş qəhrəman MEN-dir, ikinci qəhrəman Aslan halroman adlı yazardı, üçüncüsü də insanın içərisindəki Şeytanın elçisi.

- Şeytanın elçisinin adı nədir?

- Onun adı yoxdur. O, özünə şeytanın elçisi demir. Ancaq digər iki qəhrəman onu Şeytanın elçisi kimi tanıyır. Əsərdə yardımçı qəhrəmanlar da var - MEN-in ailə üzvləri, dostları, sevgilisi, internetdə tanış olduğu Tima – Fatimə...

Bu personajlar insanın iç dünyasına baxmağa xidmət edir. Ziddiyyətlər, iç mübarizələr, insanın düşdüyü dar macallardan çıxış yolu aramaq çabaları. Məncə, insanın gözəlliyi də onun ziddiyyətindədir.

MEN də bu ziddiyyətlərin burulğanına düşür. Ailəsindən, iş yerindən, sevgilisindən, hətta kirayə qaldığı otaqdan da qaçır, uzaqlaşır.

- Hara?

Artıq mətbəədə kitabın üz qabığı hazırlanıb.
- Boşluğa. O, sonradan qayıdır. Ancaq o artıq qabaqkı MEN deyil, kim olduğunu dərk edib. Romanda yazdığım “Mən hara, dünya hara”, “Dərvişin ölümü”, “25 yaşlı Tanrı” şeirlərindən də istifadə eləmişəm.

Əsər tam rasional düşüncənin məhsulu deyil. Məncə, insan daim rasional düşünməkdən qaçmalıdır. Soyuq başla düşünmək lazımdır, ancaq əsl olan insanın təbii hissləridir.

Çünki insan yaranandan bu günə qədər dəyişməyən insanın təməl hissləridir. Milyon il öncə ana balasını necə sevirdisə, elə indi də elə sevir.

- Cəmiyyətə mesajınız nədir bu romanla?

- Ərizə yazmaq istəyənədə bizə nümunə verirlər. Bu da mənim insanın xilası üzrə nümunəm, göstərdiyim yoldur. Mən hökm vermirəm ki, xilas yolu məhz budur. Romanda insanın xilası ilə bağlı xeyli ipucları var.

Əsəri oxuyan insan öz içinə baxmağı, xilas yolu fikirləşməyi öyrənəcək. Əsərdə belə bir cümlə var – “Əsl özgürlük insanın öz içindəki dərinliyə yuvarlanıb ölüm qorxusunu itirdiyi an başlayır”.

Məncə, ölüm qorxusu ilə yaşayan insan heç vaxt özgür ola bilməz.
XS
SM
MD
LG