Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 20:50

Gürcüstanda mitinqlər davam edir


Tbilisi 25 May 2011. Etiraz aksiyaları
Tbilisi 25 May 2011. Etiraz aksiyaları
Gürcüstan müxalifətinin prezident Mixael Saakaşvilinin istefası tələbi ilə paytaxt Tbilisidə başladığı aksiya davam edir.

Gürcüstanda olan Azadlıqradiosunun müxbiri xəbər verir ki, günün birinci yarısı İctimai Televiziyanın qarşısından bir neçə min adamın yürüşlə başladığı etiraz aksiyası hazırda Parlament binası qarşısında müxalifət liderlərinin çıxışları ilə davam etməkdədir.

Hələki polis aksiyaya müdaxilə etməyib.

Günün sonunda müxalifətin aksiya keçirdiyi Rustaveli prospektində günün sonunda Gürcüstanın müstəqilliyinin ildönümü ilə əlaqədar hərbi parada hazırlıqla bağlı məşqlərin keçirilməsi nəzərdə tutulur.

«Əgər paradla bağlı məşqlər keçiriləcəyinə qərar verilsə o halda gözlənilir ki, polisin aksiyanının qarşısını alsın. Amma hələki davam edən mitinqə heç bir müdaxilə yoxdur».

Gürcüstanda prezident Mixel Saakaşvilinin istefası tələbi ilə aksiyalar mayın 21-dən başlayıb. Müxalifət M. Saakaşvilini ölkədə avtoritar rejim qurmaqda ittiham edir.

HƏMÇİNİN OXU:
Saakaşvili rüşvəti necə kəsdi?
Saakaşvili porno, çeynədiyi qalstuk və başqa şeylər haqqında...
Gürcüstanda polisin sürücüylə davranışı lətifə kimi görünə bilər
Ucuz bazarlıq üçün Gürcüstana…
XS
SM
MD
LG