Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 00:37

Zəlimxan Yaqub. Mənimki söz qəsri, söz qalasıdı


Yoxdu yaş qorxusu sevilənlərə,
Doxsanın içində, yüzün içində.
Ürəyin nə qədər arzuları var,
Nə qədər istək var gözün içində.

Nə naxış gərəkdi, nə zər, daşıma,
Tale yazdığını yazar daşıma.
Söz olsun yaraşıq məzar daşıma,
Siz məni basdırın sözün içində,

Mənimki söz qəsri, söz qalasıdı,
Söz Babək qalası, Bəzz qalasıdı.
Qalsa Zəlimxandan söz qalasıdı,
Yatanda kəfənin, bezin içində.

10.08.2007
XS
SM
MD
LG