Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 00:25

Vaqif Səmədoğlu. Birlikdən və tənhalıqdan...


Birlikdən və tənhalıqdan,
Ucuzluqdan, bahalıqdan.
Taxta oyuncaq ayıdan
Tək yatdığım çarpayıdan
Utanıram, utanıram...

Çağaların ilk səsindən,
köhnə daxma kölgəsindən,
Ölülərin daş qəbrindən,
Dirilərin daş səbrindən
Utanıram, utanıram...

Bütövlükdən, bölümdən də,
Yersiz, vaxtsız ölümdən də...

1964
XS
SM
MD
LG