Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 00:43

Vaqif Səmədoğlu. Ev. Özgə otağının kiri. Divarda Stalin...


Ev.
Özgə otağının kiri,
Divarda Stalin,
Bir də köhnə saatın
veyillənən kəfgiri...
Bakıya baxdım
dönərkən geri
Tamam başqa şəhər
evlər birtəhər
Mənə baxır hamı...
Köksümə saldım başımı
Ayaqlarımın altda
"Kilka v masle" -
- köhnə. paslı dəmir qutu.
Sol-saq insanla dolu.
Arxadasa
yenə taksiyə minir
övladımın meyidiylə
fahişə bətninin tabutu...

1965
XS
SM
MD
LG