Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 00:33

Vaqif Səmədoğlu. Dənizdən ayrılmış qupquru qaya...


Dənizdən ayrılmış qupquru qaya,
Qədim xatirə tək əyib başını,
Ayrılıq illərin indi kim saya,
Kim bilir kədərin qoca yaşını?

Bəlkə yer altına qaçan Xəzərdən,
Yer üzündə qalan daş izdir qaya?
Bəlkə də fırtına içindən qopmuş
Bir parça qurumuş dənizdir qaya?

Birdaş-birdaş illər düşür üstündən,
Kiçilir hey yaşa dolduqca qaya,
Bostandan quşları qovacaq bir gün
Xırdaca daş qalıb bu uca qaya...

1965
XS
SM
MD
LG