Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 00:26

Vaqif Səmədoğlu. Kağızın üstünə düşüb...


Kağızın üstünə düşüb,
İki əlimin kölgəsi.
Yenə də lap zilə qalxıb
Təkliyin yalquzaq səsi...

Vaxtdan yaxa qurtarmışam,
Bilmirəm saat neçədir.
Ay yarımçıq, ulduzlar yox,
Yaman ölməli gecədir...

Nə varım var, nə barxanam
Ömür yükü bağlamağa.
Allah, məni yarı öldür,
Yarı saxla ağlamağa...

1982
XS
SM
MD
LG