Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 00:43

Vaqif Səmədoğlu. Məni sevib ayrılmağa...


Məni sevib ayrılmağa
bir qadın.
Ürəyimdə bir ayrılıq qəribsəyib
və bu ayrılıqdan bir şeir...

Mənə baş götürüb getməyə
bir yol göstərin.
Ürəyimdən bir yol keçir
və bu yoldan bir şeir...

Mənə yaşamağa
bir qürbət verin.
Ürəyimdə bir vətən qəribsəyib
və bu vətəndən bir şeir...

1982
XS
SM
MD
LG