Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 00:28

Vaqif Səmədoğlu. Biz yox, Allah inanmır bizə...


Biz yox,

Allah inanmır bizə...

İnanmır əlimiz qana batanda,

insan insana daş atanda.

Ancaq göy üzü

uşaq təbəssümü kimi görünəndə gözə,

insan "Dünya gözəldir" deyəndə

üzünü tutub dənizə.

biz yox,

Allah inanır bizə.

1983
XS
SM
MD
LG