Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 00:42

Vaqif Səmədoğlu. Məzara bənzəyir yaxşı insan...


Məzara bənzəyir yaxşı insan...

Məzar kimi

yaya, qışa dözümlü,

məzar kimi dinməz.

Gözə az-az görünür yaxşı adam

ildə bir-iki kərə baş çəkilən

məzar kimi.

Yaxşı insanın yanında

susmaq olur

o da danışdırmır heç kəsi,

sirr almır adamdan

məzar kimi.

Yaxşı insan da

bir yerə bağlanıb

məzar kimi.

Uzaqdan başdaşına

bənzəyir yaxşı insan

yaxından ağlaşmaya...

1983
XS
SM
MD
LG