Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 00:32

Vaqif Səmədoğlu. O əyri yol, tək vələs...


O əyri yol, tək vələs,
Yalçın qaya, uzaq səs,
Birdən qaralan nəfəs,
Ömrümdə olmalıymış,
Yadımda qalmalıymış.

Acı sözlər, xoş yalan,
Bir yetim, əyri yalan,
Ölüm tək gözəl ilan
Ömrümdə olmalıymış.
Yadımda qalmalıymış.

Saat üstə şirmayı,
Qartalın yetim payı.
Heyva ayı, nar ayı
Ömrümdə olmalıymış.
Yadımda qalmalıymış.

Dənizin ada günü,
Dağların səda günü,
Hər günün vida günü,
Ömrümdə olmalıymış.
Yadımda qalmalıymış.
XS
SM
MD
LG