Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 00:41

Ramiz Rövşən. Tanıyır


Qaranlıqda bir-birini
Quşlar səsindən tanıyır.
Qu quşunu zalım əcəl
Son nəğməsindən tanıyır.

Mən ayrı quşam, ayrı quş.
Yarı bülbül, yarı bayquş.
Bu dünyanı mən boyda quş
Öz qəfəsindən tanıyır.

...Ha yusa da üz-gözünü,
Çaşır görəndə özünü,
Adam öləndə özünü
Son nəfəsindən tanıyır...
XS
SM
MD
LG