Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 00:35

Ramiz Rövşən. Nə hirslə oxuyur bu quş


Nə hirslə oxuyur bu quş,
Mahnı deyil, qarğışdı bu.
Elə bil hürür adama,
Yarı it, yarı quşdu bu.

Yoxdu quşlar arasında
Dilini bilən bu quşun.
İtlər səs verir səsinə
Bayaqdan hürən bu quşun.

Nə çoxdu hirsi-hikkəsi.
Canındakı qurd kinidi.
Yazıq hürməsin, neyləsin,
Bəlkə günü it gündü.

...Quş olub hür, it olub uç,
Kimdi görən bu ölkədə?!
İti qab dibi yalayan,
Quşu hürən bu ölkədə...
XS
SM
MD
LG