Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 08:46

Gürcüstan XİN: Saxlanan 3 fotomüxbir Rusiyaya casusluq edib


Fotoqraf Qeorqi Abdaladzenin həyat yoldaşı Nestan Neidze jurnalistlərə müsahibə verərəkən
Fotoqraf Qeorqi Abdaladzenin həyat yoldaşı Nestan Neidze jurnalistlərə müsahibə verərəkən

Gürcüstan Xarici İşlər Nazirliyi bu günlərdə casusluqda ittiham olunaraq saxlanılan üç yerli fotomüxbirin Rusiyanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyini açıqlayıb.

APA-nın «France-Presse» Agentliyinə istinadən verdiyi xəbərə görə, Nazirliyin yaydığı bəyanatda bildirilir ki, fotoqraf Zurab Kurtsikidze (European Pressphoto Agency) sifarişlə çəkilən fotoşəkilləri Rusiya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinə ötürüb. İlkin istintaq nəticəsində həmçinin məlum olub ki, digər iki fotomüxbir - Qeorqi Abdaladze («Associated Press») və İrakli Gedenidze Moskvaya göndərdikləri şəkillərə görə pul mükafatı alıblar.

Adları çəkilən şəxslər tutulan zaman onlardan götürülən sənədlərdə Gürcüstanın Prezident Administrasiyasının binasının planı və dövlət başçısının hərəkət qrafiki haqqında məxfi məlumatlar aşkarlanıb.

İyulun 7-də Hüquq mühafizə orqanları Gürcüstan prezidenti Mixeil Saakaşvilinin şəxsi fotoqrafı İrakli Gedenidze və onun həyat yoldaşı Natia Gedenidzeni saxlayıb. Dünən Natia Gedenidze cərimə edilərək sərbəst buraxılıb.

Gürcüstan prezidentinin şəxsi fotoqrafı İrakli Gedenidze
Gürcüstanda fotoqrafların həbsinə etiraz olaraq jurnalistlərin etiraz aksiyası keçirilib. «Casus yox, fotoqrafam» şüarlı aksiya keçirən jurnalistlər deyirlər ki, onların həmkarlarına qarşı olan ittihamlar əsassızdır. Bu gün də etiraz aksiyasının keçirilməsi planlaşdırılır.


«ASSOCİATED PRESS»İN GÜRCÜSTANDA SAXLANAN MÜXBİRİ BURAXILIB

İyulun 7-də Gürcüstanda polis tərəfindən saxlanılan «Associated Press»in Qafqaz üzrə fotomüxbiri Şax Ayvazovun (Shakh Aivazov) sərbəst buraxılıb.

Jurnalsitlərə verdiyi qısa açıqlamada Şax Ayvazov şahid qismində ifadə verdiyini deyib. O deyib ki, saxlanılan digər şəxslərlə bağlı məlumata malik deyil. Şax Ayvazov jurnalistlərin suallarını ətraflı cavablandırmaqdan imtina edib.

XS
SM
MD
LG