Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 21:40

Orta məktəblər akkreditasiyadan keçiriləcək


Foto: Arxiv
Foto: Arxiv
Azərbaycanda yeni tədris ilindən ümumtəhsil məktəbləri də akkreditasiyadan keçiriləcək.

Bu barədə «Trend»ə Təhsil Nazirliyindən məlumat veriblər.

Nazirlikdən bildirilib ki, bu iş ilkin olaraq 11 pilot məktəbdə həyata keçiriləcək. Pilot məktəblər bütün ölkəni əhatə edir.

Artıq orta məktəblərin akkreditasiyadan keçirilmə qaydaları hazırlanıb.

«Orta məktəblərin akkreditasiyadan keçmə qaydaları təxminən ali məktəblərin akkreditasiyadan keçmə qaydalarına yaxındır. Amma təbii ki, orta və ali məktəblər arasında fərqlər var. Bunlar da qaydalarda öz əksini tapıb», - nazirlikdən deyilib.

Hazırda Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrinin akkreditasiyası keçirilir. Bu məktəblərin akkreditasiyası hər 5 ildə bir dəfə həyata keçirilir.

Akkreditasiyadan keçməyən təhsil müəssisəsi və ya onun ayrı-ayrı təhsil proqramları 1 ildən sonra təkrar akkreditasiyadan keçə bilər. Təkrar akkreditasiyadan keçmədikdə, təhsil müəssisəsinin fəaliyyəti dayandırılır.
XS
SM
MD
LG