Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 00:37

Əliağa Kürçaylı. Xərclədim gəncliyi...


Xərclədim gəncliyi qara pul kimi
Yerini bilmədən, əsirgəmədən.
Vardan-yoxdan çıxan bir yoxsul kimi
Oxu axtarıram, axtarıram mən.

Kefdəmi, nəşələr qucağındamı
Getdi o illərim, getdi gəncliyim?
Gözəl xanımların dodağındamı
Soyuq öpüş kimi itdi gəncliyim?!
XS
SM
MD
LG