Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 00:41

Əkbər Qoşalı. ...Deyirsən ki, mənli günün sualdı


...Deyirsən ki, mənli günün sualdı,


deyirsən ki, "..."yəmin" mənəm,


"bəlkə"-siz".


Sənin eşqin gözlərimdən su aldı,


baxammıram sənə doğru "bəlkə"siz...





...Sən evlisən, "günah" deyir, yasa, din.


Bizə görə ölmə, sevgi, yaşa, din!


...Sevgisizdin, nigahlıydın-yaşadın,


indi isə sevgi gəlib-bəlgəsiz...





...Yola çıxdıq, yol hayana çıxacaq?!.


Qafada "din", qəlbdə "sevgi"-


"çıxacaq"...


El ağzından bircə kəlmə çıxacaq:


dindən əvvəl doğulaydız bəlkə, siz!..
XS
SM
MD
LG