Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 20:27

Qatarlara biletlərin on-line satışına başlanır


Moskva-Bakı qatarı
Moskva-Bakı qatarı
«Azərbaycan Dəmir Yolları» QSC bu ilin noyabrın 1-dən etibarən sərnişin qatarlarına biletlərin on-line rejimdə satışına başlayır.

Bu barədə «APA»ya QSC-dən məlumat verilib.

Bileti almaq istəyən şəxs QSC-nin internet saytına daxil olmalı və sayt vasitəsilə bileti sifariş etməlidir.

QSC-dən bildirilib ki, bu sistem vasitəsilə bilet sifariş edən şəxs qatarın yola düşməsindən minimum 1 saat əvvəl vağzala gəlməli və kassada biletin ödənişini etməlidir.
XS
SM
MD
LG