Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 00:27

Qulu Ağsəs. Yanvar adında oğlan...


Yanvar adında oğlan
Noyabr adında ay
Əli süpürgəli park
Xəzəl qızılı -
lay-lay…
Yalın ayaqlarına
ocaq çatıb cocuq
Bir ayağı üstdə yatıb cocuq…
Üzündə
yay uzunu həsrət qaldığı
sevinci, gülüşü
Əlindəki dondurma
əriyib ocağa düşür…
XS
SM
MD
LG