Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 00:39

Qulu Ağsəs. Hərdən anamdan xəlvət...


Hərdən
anamdan xəlvət
bir xeyir iş
görmək istəyirəm,
yığıb
bütün dul arvadları
ərə vermək istəyirəm.
Heç olmasa birini…
Özü də elə kişiyə ki,
sonra nə aldığını peşman eləsin,
nə də özünü.
Bəlkə də inanmazsız,
bircə onda
xatırlaya bilirəm
rəhmətlik atamın
heç vaxt görmədiyim üzünü…
XS
SM
MD
LG