Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 00:28

Camal Yusifzadə. Qarət olunmuş qadınlar


Müharibə evləri,
Qadınları taladı -
Kasıblaşdı, qocaldı,
Kişiləşdi qadınlar.
Yoruldular götür-qoydan,
"Neyləyim"dən, "nə edim"dən,
Gözləməkdən, təsəllidən,
Yordu fikir,
Yordu ümid,
Yordu həsrət,
Yordu yollar,
Yoruldular,
Qovruldular.
Kobud kişi əli olmadığından
Soyunub yatmadılar.
Bəs sonra?
Sonra da
Qəfil xəbərdən -
Qara xəbərdən -
Qorunmaq üçün
Üzü dənizə,
Üzü günəşə
Daşa döndülər...

1970
XS
SM
MD
LG