Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 00:37

Çingiz Əlioğlu. Kimlər ki sənin...


Kimlər ki, sənin
Al qanından içiblər,
Daha səndə işləri yox,
Təqsirindən keçiblər.

Kimlərə ki, sən
Qan uddurmusan,
Rahat yata bilərsən, –
Günahından keçiblər.

Kimlər ki, səni
Min kişidən seçiblər,
Əmin ola bilərsən,
Kəfənini biçiblər…

Avqust, 2008.
XS
SM
MD
LG