Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 04:39

Əlili orduya çağıran komissar vəzifədən azad edildi


İxtiyar Nadirov
İxtiyar Nadirov
Eşitmə qabiliyyətini itirmiş şəxsi hərbi xidmətə çağıran Astara rayon hərbi komissarı, polkovnik-leytenant Rafael Vahidov tutduğu vəzifədən azad edilib.

Bunu «APA»ya Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu deyib.

Bir sıra cavabdeh tibb işçiləri də cəzalandırılıb. Onlardan 4-nə şiddətli töhmət verilib, 2-nə vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq edilib. Daha 1 nəfərin isə rütbəsi aşağı endirilib.

Əsgər İxtiyar Nadirov isə eşitmə qabiliyyəti olmadığı üçün ordudan tərxis edilib.

Astara rayonunun Pensər kənd sakini İxtiyar Nadirov cəbhə xəttində yerləşən Tərtər rayonunda hərbi xidmət çəkirdi.

Əsgərin bir qulağı anadangəlmə eşitmir, digər qulağı isə çox zəif eşidir.
XS
SM
MD
LG