Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 23:21

Bakı həbsdəki şairlərlə bağlı Tehrana 3-cü notanı göndərdi


Şəhriyar del Gerani və Fərid Hüseyn
Şəhriyar del Gerani və Fərid Hüseyn
Azərbaycan İranda yoxa çıxan gənc şairlər Fərid Hüseyn və Şəhriyar del Geraninin (Hacızadə) taleyinə aydınlıq gətirilməsi üçün Tehrana üçüncü nota göndərib.

APA-nın məlumatına görə, nota İranın Azərbaycandakı səfirliyinə təqdim olunub.

Nazirliyin mətbuat katibi Elman Abdullayev deyib ki, bu, 1962-ci ildə l konsulluq münasibətləri haqqında Vyana Konvensiyasının müvafiq müddəalarına uyğun deyil və bu cür hallar iki ölkə arasındakı münasibətlərə xələl gətirə bilər.

Xatırladaq ki, gənc şairlər Fərid Hüseyn və Şəhriyar del Gerani aprelin 29-da İrana poeziya festivalına gediblər.

Onlar mayın 2-də Təbrizdən Bakıya yola düşərkən naməlum şəxslər tərəfindən saxlanıblar.
XS
SM
MD
LG