Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 21:36

Azərbaycan XİN: Avropa İttifaqı işğal faktını işğal kimi qiymətləndirməlidir


Elman Abdullayev
Elman Abdullayev
-
«Avropa İttifaqı faktları fakt kimi qiymətləndirməlidir. Hazırkı fakt işğal faktıdır və bunu işğal kimi qiymətləndirməlidir».

«Trend»in məlumatına görə, bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Philippe Lefort'un Yerevandakı açıqlamalarına münasibətdə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib:

«Ermənistanın işğalını pisləmək, azərbaycanlı qaçqınların və məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpasına çağırmaq ən böyük cəsarət olardı».

Abdullayev bildirib ki, Avropa İttifaqının siyasi cəsarəti də məhz qeyd olunan faktları fakt kimi tanımaq olardı:

«Avropa İttifaqının nümayəndəsinin «yenilənmiş Madrid prinsipləri»ni münaqişənin həlli üçün vasitə kimi dəyərləndirməsi müsbət qiymətləndirilir. Biz də bu yanaşmanı baza kimi qəbul etmişik. Mövqeyimiz ondan ibarətdir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazilərindən çıxarılması regionda əməkdaşlıq üçün imkanlar yaradacaq».

XİN rəsmisinin fikrincə, Aİ də öz növbəsində, dünyanın ən mötəbər və böyük təşkilatlarından biri kimi, öz ədalətli mövqeyini əsirgəməməlidir:

«Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə əngəl Ermənistanın qeyri-konstruktiv və destruktiv yanaşmasıdır».

P.Lefort bildirmişdi ki, Dağlıq Qarabağ münaqişəsi regionun inkişafına və inteqrasiyasına mane olur.
XS
SM
MD
LG