Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 00:29

Müdafiə Nazirliyi iki zabitin minaya düşdüyünü deyir


Azerbaijan -- Azeri soldier, undated
Azerbaijan -- Azeri soldier, undated
Azərbaycan Ordusunun iki zabitinin minaya düşdüyü bildirilir.

APA-nın xəbərinə görə, hadisə iyunun 10-da Azərbaycan – Ermənistan qoşunlarının təmas xəttində, Goranboy istiqamətində qeydə alınıb.

Kapitan Verdiyev İlqar Tapdıq oğlu və kapitan Məmmədov Zahir Allahqulu oğlu yaralanaraq hospitala yerləşdiriliblər. İlqar Verdiyevin qolu, Zahir Məmmədovun isə ayağı amputasiya olunub. Hazırda onların vəziyyətlərinin stabil olduğu bildirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

İlqar Verdiyev bir müddət əvvələ qədər Müdafiə Nazirliyinin mətbuat xidmətinin zabiti olub.
XS
SM
MD
LG