Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 00:25

Zamin Hacı. Absurd


-

ABSURD

Doğuldu axmaq bir ulduz altında,
Boya-başa çatdı səfehcəsinə.
Dünya yaşayırdı səs-küy içində -
Qulaq asmadılar onun səsinə.

Doğuldu axmaq bir ulduz altında,
Ancaq çox gec idi bunu biləndə.
Öldü gündüz vaxtı, bilə bilmədi,
Hansı ulduz altda öldü, öləndə.
XS
SM
MD
LG