Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 00:38

Nuranə Nur. Sənin günahın deyil


-
Sənin günahın deyil

Ən gözəl sözlərin, gözəl hisslərin
Dadı onun olub,adı mənimdi.
Bunu bilə-bilə sevmişəm bu da
Səni xoşbəxt edən xoşbəxtliyimdi.

Mən də çağırmışdım sənin adını
Niyə eşitmədin,nə deyəcəksən?
Nə bilim bəlkə mən az sevdim səni
Sən az sevdin desəm inciyəcəksən.

Səni çağırıbdı eşitməmisən
O gündən dənizi qarğıdın hər gün
Min dəfə çağırsam heç eşitmərsən
Göz yaşı nədi ki,boğulmaq üçün.

Nə qədər gizlətsən o qədər aşkar
Məni sevməmisən demirəm həmən
Bu sənin günahın deyil əzizim
Sənin həyatına gecikmişəm mən.
XS
SM
MD
LG