Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 00:31

FUQRAN SADIQ. DAĞ KƏNDİNİN QIŞ GECƏSİ


-

Dağ kəndinin qış gecəsi-
qaranlıq və duman...
Bumbuz hava
və donmuş zaman...
Asta-asta yağan qar

uzandıqca uzanan,
evlərin
işıqlı pəncərələrində qızınan
qaranlıqlar...

Dağ kəndinin qış gecəsi...
Mən
və bir də sükutun
adamı yormaq işgəncəsi...
XS
SM
MD
LG