Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 00:29

Furqan Sadıq. Məndən nə olasıdı?!


-

MƏNDƏN NƏ OLASIDI?!

Unudun məni, unudun,
məndən nə olasıdı?!
Hərəniz bir arzu tutun,
bəlkə də olasıdı...

Bu it nə istəyir görən,
sür-sümükmü, ölümmü?!
Yoxdu itə sümük verən,
nə də ölüm görünmür...

Başını at, yat, qadası,
səhər durub taparsan...
Acıları unut, bəlkə
şirin yuxu tapasan...
XS
SM
MD
LG