Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 00:44

Furqan Sadıq. Köynək...


-

Köynək...

Əynimdəki dərd köynəyin
çıxarmaq omur, qadası...
Bu dərdlərin üstünə bir
çımxırmaq olmur, qadası...

Köynək məni sıxır,sıxır,
bədənim yaman göynəyir...
Sıxır mənim ürəyimi
əynimdəki dərd köynəyi...

Daha bir oyuna dönüb
dərdlərimlə oynamağım...
Çox şeyə uzağam...amma,
dərdlərə bir köynək yaxın...
XS
SM
MD
LG