Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 21:54

Naxçıvanda bərbərxanaların çoxu bağlanıb


Foto: Arxiv
Foto: Arxiv
-
«Turan» İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhərindəki yeməkxanaların, gözəllik salonlarının və başqa iaşə obyektlərinin çoxu bağlanıb.

AzadlıqRadiosunun aldığı məlumatda isə qeyd edilir ki, artıq Naxçıvan şəhərində bərbərxanaların qarşısında növbələr yaranıb.

Naxçıvan sakini Əsgər Həsənov deyir ki, hazırda şəhərdə cəmi iki bərbərxana fəaliyyət göstərir:

«Biz saatlarla gözləyirik ki, növbəmiz nə vaxt çatacaq. Digər salonlara gedirik, hamısı bağlıdır. Sahibkarların deməsinə görə, onlara yuxarıdan göstəriş gəlib ki, bərbərxanaları bağlasınlar, standartlara uyğun təmir etdirsinlər, sonra fəaliyyətə başlasınlar».

«Turan» İnformasiya Agentliyinin xəbərində qeyd edilir ki, bərbərxana sahiblərinin deməsinə görə, onlardan yeni sərəncamlar almaq üçün pul tələb edirlər.

«Turan» yazır ki, obyektlərin bağlanmasını şəhər icra hakimiyyəti təsdiqləyib. İcra hakimiyyətindən buna səbəb kimi həmin iaşə obyektlərinin sənədlərin qaydasında olmaması göstərilib.
XS
SM
MD
LG