Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 00:43

Ədalət Əsgəroğlu. Gəlişini duyammadım...


-

Gəlişini duyammadım
Söylə, dostsan, ya düşmənsən?
Günahsansa haqqa tapın
Haqq nəzərindən düşməzsən.

Dünya heçdir eşqdən yana
Aşiq odur içdən yana
Ömür –günü yüznən sana
Yenə yüzün beşi sənsən.

Əsgəroğlum sirsən kimə?
Vur dərdini sarı simə…
Bu yoldan usandım demə
Yoxsa deyərlər peşmansan.
XS
SM
MD
LG