Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 00:34

Bəsti Əlibəyli. Çiçək tək qoxlayıb atdım-deyib


-

Çiçək tək qoxlayıb atdım-deyib
çox da yelli keçmə
səni sevən qadının yanından.
Bir ayağının altına bax;
sevgi günü qanad açmış
qarışqanın qanadını tapdadın,
Sevilməyə yaranmışın
arzu-muradını tapdadın.
O qadın heç,
vallah,
o qarışqanın ahı tutacaq səni,
Göylər bağışlamır
Ona şərik çıxan kimsəni.
XS
SM
MD
LG