Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 00:27

Bəsti Əlibəyli. Gül adam


-

Gül adam

Vaqif Bayatlı Odərə


O qanlı Kəllədə*
çarmıxa çəkilən sənmisən, gül adam?
İsanın dözümü köməyin olsun!
Keçilməz dəryalarda
yol bulan sənmisən, gül adam?
Musanın əsası köməyin olsun!
Acıxmış aslanlar təamı
sənmisən, gül adam?
Süleymanın dili köməyin olsun!
“Gil adamlar” içində
hamını hamıya sevdirən
sənmisən, gül adam?
Məhəmmədin dini köməyin olsun!

_____________
Kəllə*- İsa Məsihin çarmıxa çəkildiyi Qolqof dağının xalq arasındakı adı.
XS
SM
MD
LG