Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 00:40

Nilufər Muğantürk. Sevgi dənizi kimisən...


-

Sevgi dənizi kimisən...

Tarix:18.07.2012 saat:19:30

Sevgi dənizi kimisən,
Səndən ayrılmaq çətindi.
Heyif, mən üzə bilmirəm,
Bu da mənim qismətimdi...

Yuxularıma gəlirsən,
Bir gecə də ötürmədən.
Sevmirsənsə əgər məni,
Yanımdasan onda nədən?!

Yanımdasan, toxunmağa,
Əlim gəlmir, qıyammıram.
Nə üzüm var ki, göz qoyam,
Nə də gözdən qoyammıram.
XS
SM
MD
LG