Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 20:47

ABŞ-ın Azərbaycandakı yeni səfiri Bakıya gəlir


Richard Morningstar
Richard Morningstar
Avqustun 28-də ABŞ-ın Azərbaycandakı yeni səfiri Richard Morningstar Bakıya gəlir. Bu barədə AzadlıqRadiosuna ABŞ səfirliyindən məlumat verilib.

Morningstar etimadnamələrini prezident İlham Əliyevə təqdim etdikdən sonra vəzifəsinin icrasına başlayacaq.

Prezident Barack Obama apreldə ABŞ Dövlət Departamentinin Avrasiyada enerji məsələləri üzrə xüsusi nümayəndəsi R.Morningstar'ı Azərbaycanda səfir postuna irəli sürüb.

ABŞ Senatı iyunun 29-da Richard Morningstar'ın bu ölkənin Azərbaycandakı səfiri postuna namizədliyini təsdiqləyib.

ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsi uzun müddətdir ki, boşdur. Sonuncu səfir Mathew Bryza Bakını bu il yanvarın 3-də tərk edib. ABŞ-dakı erməni lobbisinin təkidli etirazları ilə qarşılaşan Bryza bir il səfir vəzifəsində çalışa bildi.

2009-cu ildə sonuncu uzunmüddətli səfir Anne E. Derse Bakıdan gedəndən bəri Vaşinqtonun Azərbaycana səfir təyin etməsi gecikirdi.
XS
SM
MD
LG